“Bizi narahat edən gənclər problemidir. Bizim üçün gəncləri üzə çıxarmaq çox vacibdir”. Lent. az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Akademiyada Gənclərin İntellektual Mərkəzi mövcud olub: “O qurum ləğv edildi, çünki QHT statuslu idi. Maraqlıdır, QHT-nin AMEA-da nə işi var? Ona görə də qərara gəldik ki, bundansa, AMEA-nın institutlarında Gənclər Şurası yaradaq. Hazırda bu yöndə işlər gedir ”.
Akademik onu da vurğulayıb ki, Akademiyanın Gənclər Şurası dekabrda fəaliyyət göstərəcək: “Onların üzərinə məsuliyyət qoyacağıq”.
AMEA-da yeni qurum yaradılır
1830