AMEA-da Türkmənistan səfiri ilə görüş keçirilib
23 aprel 2014 21:47 (UTC +04:00)

AMEA-da Türkmənistan səfiri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov arasında görüş keçirilib.

 

AMEA-dan APA-ya verilən xəbərə görə, İsa Həbibbəyli akademiyada davam edən islahatlar, müxtəlif elmi istiqamətlər üzrə görülən işlər, xüsusilə də humanitar elmlər sahəsində aparılan elmi tədqiqatlar barədə ətraflı məlumat verib. Akademik son zamanlar dünyanın bir sıra elmi qurumları ilə sıx əlaqələr yaradıldığını önə çəkərək AMEA rəhbərliyi tərəfindən Türkmənistanla da əməkdaşlığa böyük önəm verildiyini, bu əlaqələrin əhəmiyyətini qeyd edib. May ayında böyük türkmən şairi Məhtimqulu Fəraqinin anadan olmasının 290 illiyi ilə əlaqədar Aşqabad şəhərində keçiriləcək beynəlxalq konfransda Azərbaycanın da yüksək səviyyədə təmsil olunacağını, bu məqsədlə nümayəndə heyətinin üzvləri tərəfindən bir sıra elmi məruzələrin hazırlandığını vurğulayan vitse-prezident, xalqlar arasında qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini söyləyib.

 

İ. Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən türk xalqları ədəbiyyatı coxcildliyi hazırlanır ki, bir cildin də türkmən ədəbiyyatının, qardaş xalqın görkəmli ədəbi simalarının həyatı və yaradıcılığının əhatə edilməsi nəzərdə tutulub.

 

Səfir Toyli Komekov iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində yaradılan elmi əməkdaşlığın boyük əhəmiyyətindən danışaraq bu məqsədlə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının gərəkli olduğunu, bir sıra müqavilələrin bağlanmasının vacibliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar