Almaniyada Xocalı faciəsinə həsr olunmuş avtoyürüş keçirilib
10 fevral 2014 10:37 (UTC +04:00)

Almaniyada Xocalı faciəsinə həsr olunmuş avtoyürüş keçirilib

Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib. Lent.az-ın verdiyi məlumata görə, alman xalqının diqqətini ermənilərin 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə  Maqdeburq şəhərində avtomobil yürüşü təşkil olunub. Maqdeburqda fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də “Ermənilər Qarabağdan çıxmalıdır!” “Xocalıya ədalət!” və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək yerli sakinlərin marağına səbəb olub.

Aksiya müddətində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qəddarlıqlar, haqsızlıq və vəhşiliklər haqqında yerli sakinlərə məlumat verib və onların suallarını cavablandırıb.

Qeyd edək ki, Almaniyanın Berlin, Drezden, Bielfeld və digər şəhərlərində də Xocalı faciəsinə həsr olunmuş avtomobil yürüşü, mitinq və anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20