Almaniya texniki peşə təhsili sahəsində Azərbaycana yardım edəcək
02 oktyabr 2013 13:18 (UTC +04:00)

Almaniya texniki peşə təhsili sahəsində Azərbaycana yardım edəcək

Almaniya Azərbaycanda texniki-peşə təhsilinin səviyyəsinin Avropa standartlarına qaldırılmasında tam dəstək göstərməyə hazırdır. Lent.az-ın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu istiqamətdə artıq Təhsil Nazirliyi ilə birgə işlərə başlanılıb.

 

V. Mössinger qeyd edib ki, özəl sektorun belə tədris layihələrində də iştirak etməsi çox vacibdir: “Burada təhsil alan hər bir şagird özəl sektorun işçiləri olacaq və şirkətlərin də belə peşəkar işçilərə ehtiyacı var. Almaniyada texniki-peşə təhsili sahəsində çox böyük uğurlar əldə edilib. Ümid edirik ki, bu uğurlar zamanla Azərbaycanda da tətbiq etmək mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar