Alman universitetində Azərbaycan iqtisadiyyatına dair elmi iş müdafiə olunub
18 oktyabr 2013 10:48 (UTC +04:00)

Alman universitetində Azərbaycan iqtisadiyyatına dair elmi iş müdafiə olunub

Almaniyanın Berlin Texniki və İqtisad Universitetində Azərbaycan iqtisadiyyatına dair magistr dissertasiyasının müdafiəsi keçirilib. Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, həmin universitetin magistrantı tərəfindən yazılmış dissertasiya işi “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusuna həsr olunub.

İyirmi illik dövrü əhatə edən müstəqillik illərində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların sistemli və kompleks təhlili, ən əsası bu uğurların alman elmi ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən dissertasiya işi yüksək səviyyədə müdafiə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar