Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Milli Məclisin sədri Oqtay Əsədovun din mərasimlərində “Qurani-Kərim”in Azərbaycan dilində səsləndirilməsi təklifinə münasibət bildirib. Lent.az-ın 2anspress”ə istinadən xəbərinə görə, Hacı Allahşükr Paşazadə Milli Məclis sədrinə işarə edərək, Quranın Azərbaycan dilində səslənməsinin əleyhinə olduğunu söyləyib: ““Qurani-Kərim”in Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz”.
Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili, Gövhər Baxşəliyeva din-dövlət münasibətlərində tənzimlənmə işləri aparılmalı olduğunu söyləyib. O, bu istiqamətdə müntəzəm işlərin görülməli olduğunu da qeyd edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə xanım millət vəkilinə cavabında, ölkədə keçirilən dini mərasimlərdə “Qurani-Kərim”in və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu qeyd edib. "Bizim dinimizin əsas kitabı “Qurani-Kərim”dir. “Quranı-Kərim” Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. “Qurani-Kərim” ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə “Qurani-Kərim”dəki surələr Azərbaycan dilində oxunur. “Qurani-Kərim”dəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilimizdə deyilsin ki, hamı da başa düşsün. Dini işçilər arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Komitə var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik”.

Allahşükür Paşazadə “Qurani-Kərim”in azərbaycanca oxunmasına qarşı çıxdı
Oxşar yazılar

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09
Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33