Alimlərimizdən “Şahdəniz”də hasilatı artıracaq mühüm yenilik
26 sentyabr 2013 17:08 (UTC +04:00)

Alimlərimizdən “Şahdəniz”də hasilatı artıracaq mühüm yenilik

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri laya vurulan quru qazın həcminin 2 dəfəyə qədər azaldılmasına nail olub.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, mütəxəssislər qaz-kondensat yataqlarında lay təzyiqini saxlamaq üçün laya qaz və suyun birgə vurulmasını və yatağın kondensatvermə əmsalının artırılmasının mümkünlüyünü irəli sürüb.

 

İnstitutun qaz-kondensat yataqlarının işlənilməsi şöbəsinin rəhbəri, texnika elmləri doktoru, professor Xasay Feyzullayev bildirib ki, bu prosesin “Şahdəniz” yatağında aparılması mümkün ola bilər. Bu gün mövzuya dair Geologiya İnstitutunda seminar keçirilib. Tədbirdə Xasay Feyzullayev qeyd edib ki, qaz-kondensat yataqlarında quyudibi zonanın maksimal kondensasiya təzyiqindən aşağı təzyiqlərdə quru qazla işlənilməsi üsulu daha səmərəlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068
avatar

Oxşar yazılar