
Alimentə görə həbs olunanların sayı AÇIQLANDI
Bu ilin 6 ayı ərzində ölkədə aliment borcunu ödəmədiyi üçün həbs edilənlərin sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ilin ilk 6 ayı ərzində 1020 şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığına görə inzibati qaydada həbs edilib. Bundan əlavə həmin dövr ərzində 3198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə isə, 2018-ci il dekabrın 31-dək baxılan mülki məhkəmələrin sayı 184 047 olub ki, onun da 871-i alimentin alınması tələbləri ilə bağlı olub.
Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub. Qeydiyyat şöbələri tərəfindən dörd ay ərzində 18273 nikah və 5562 boşanma halı qeydə alınıb.
Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26