“Azərbaycan Müəllimlər İnstitutunda aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq işləri həyata keçirilir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bu məsələ ilə bağlı geniş məlumat verəcək”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, ali məktəblərdə mütəmadi yoxlamalar həyata keçirilir. C.Bayramov qeyd edib ki, əgər hər hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlanarsa, onlara qarşı da sərt addımlar atılacaq: ”Hazırda xüsusi olaraq hansısa yoxlamalar həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən, diplomlarla olan vəziyyət də araşdırılır”.
Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də aydınlıq gətirən C. Bayramov qeyd edib ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda bu məsələ öz əksini tapıb: “12 illik təhsil strategiyada qoyulmuş hədəflərdən biridir. Hazırda strategiyanın fəaliyyət planı hazırlanır. Bundan sonra isə müvafiq dövlət proqramları qəbul ediləcək. 12 illik təhsilə keçidlə bağlı dövlət proqramı qəbul olunduqda orada geniş təfərrüatlar veriləcək. 12 illik təhsilə keçidin hansı sinifdən başlayacağı barədə indidən nəsə demək bir qədər tezdir”.

Ali məktəblərə saxta diplom XƏBƏRDARLIĞI
Oxşar yazılar

Tərk edilmiş tikili istirahət mərkəzinə çevrildi
28 iyul 2025 , 15:44
Sabah çimərliklərdə suyun temperaturu nə qədər olacaq? - PROQNOZ
28 iyul 2025 , 14:59İyulun sonunda gözlənilən maqnit qasırğaları: sağlamlığınız nə vaxt pisləşə bilər?
28 iyul 2025 , 14:30
Zəngin olmaq üçün bu qədər pula ehtiyac var
28 iyul 2025 , 14:15
Milli qəhrəman Natiq Qasımovun anası dəfn edildi - YENİLƏNİB
28 iyul 2025 , 13:50
Süni intellekt bəşəriyyətin varlığını təhdid edəcək
28 iyul 2025 , 13:46
Xankəndidə yanğın törədən HƏBD EDİLDİ
28 iyul 2025 , 13:11