<b>"Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq" - <span style="color:red;">İsa Həbibbəyli </b>
20 may 2019 17:29 (UTC +04:00)

"Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq" - İsa Həbibbəyli

Milli Məclisin bu günlərdə keçirilən plenar iclasında özəl təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı təklif olunan rüsumlar birmənalı qarşılanmayıb.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı millət vəkilləri bildiriblər ki, təhsil və səhiyyə dövlətin vətəndaş qarşısında konstitusion öhdəliyidir. Deputat Musa Quliyev bildirib ki, təhsil dövlətin xüsusi sosial layihəsidir: “Bunun özəl və ya dövlət təhsil müəssisəsi olması fərq etməz. Onların hər ikisinə dövlətin dəstəyi olmalıdır. Qanunvericiliyə təkilif olunan dəyişikliyə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3000 manat, ümumtəhsil müəssisələri 5000 manat, məktəbdənkənar təhsil müəssisələri 7000 manat, peşə təhsili müəssisələri 10000 manat, orta ixtisas təhsili müəssisələri 15000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15000 manat dövlət rüsumu ödəməlidir. Bu rüsum elə bilirsiniz sahibkardan alınacaq? Həmin rüsum sahibkardan alınmayacaq, öz övladını orada oxutdurmaq isyətən valideyndən alınacaq”.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Lent.az-a açıqlama verib. O bildirib ki, bu istiqamətdə Milli Məclisin Elm və təhsil komitəsi ilə Təhsil Nazirliyi artıq müzakirələr aparır: “Dünya təcrübəsini öyrənirik. Dünya ölkələrində akkreditasiya üçün nəzərdə tutulmuş rüsumlar əksər hallarda Milli Məclisdə bizim təklif etdiyimiz rəqəmlərdən çoxdur. Bu barədə cəmiyyətə ayrıca açıqlama verəcəyik. Nəzərə almaq lazımdır ki, akkreditasiya üçün rüsumlar beş ildən bir ödənilir. Qeydiyyat  beş ildən bir keçirilir. Qanun layihəsində gedən rəqəmləri beş yerə bölsək, təhsil müəssisələrinə çox da gərginlik düşmür. Məsələn, ali məktəb üçün 15000 manat rüsum ödəmək nəzərdə tutulubsa, o zaman hər ilə 3 min rüsum düşür ki, bu, özəl ali məktəbdə ödənişli şəkildə təhsil alan cəmi bir tələbənin ödəniş haqqı deməkdir. Həmçinin məktəbəqədər təhsil müəssisəsində beş ildə bir dəfə akkreditasiyadan keçərkən 3000 manat rüsum tələb olunursa, bu rəqəmi müəssisənin gəlirlərinə böləndə, bir ilə cəmi 600 manat məbləğ düşür. Bu isə özəl baxçanın bir nəfər müdaviminin cəmi iki aylıq ödəniş haqqı deməkdir. Bunlar göstərir ki, təklif olunan rəqəmlər şişirdilmiş rəqəmlər deyil. Amma deputatlar bu barədə həyəcanlı çıxışlar etdilər. Biz onları nəzərə alacağıq. Hazırda dediyim kimi, Təhsli Nazirliyi ilə birgə müzakirələr aparırıq. Milli Məclisin növbəti iclasına qədər müzakirələrimiz yekunlaşacaq. Hələlik onu da deyə bilərəm ki, dünya təcrübəsini bir daha araşdırmaqla yanaşı, ölkə reallığını, həmkarlarımızın fikirlərini də nəzərə alacağıq. Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq”.

# 1563
avatar

Aygün İbrahimli

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22