Dünən 77 yaşında vəfat edən AMEA-nın vitse-prezidenti Akif Hacıyev II Fəxri Xiyabanda dəfn olunacaq. AMEA-dan Lent.az-a verilən məlumata görə, mərhumla vida mərasimi bu gün saat 12.00-da AMEA-nın əsas binasında keçiriləcək.
Əməkdar elm xadimi və "Şöhrət" ordenli A. Hacıyev görkəmli Azərbaycan riyaziyyatçısı, AMEA-nın vitse-prezidenti və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi idi.