Akif Əlizadə Misir Mərdanovun direktor təyin ediləcəyi barədə məlumatlara münasibət bildirdi
26 aprel 2013 14:00 (UTC +04:00)

Akif Əlizadə Misir Mərdanovun direktor təyin ediləcəyi barədə məlumatlara münasibət bildirdi

“Sabiq təhsil naziri Misir Mərdanovun AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru təyin edilməsi haqqında rəsmi təklif yoxdur”.


 

Bunu APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə deyib.

 

A. Əlizadə bildirib ki, belə bir söhbəti o da eşidib: “Amma bu məsələni dövlət, ölkə prezidenti həll edir. Bu gün bununla bağlı dəqiq söz demək mümkün deyil. Misir Mərdanovun Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi haqqında rəsmi təklif yoxdur”.

 

Qeyd edək ki, M. Mərdanovun AMEA Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi barədə bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılıb.

 

Mexanika və Riyaziyyat İnstitutunun direktoru Akif Hacıyev AMEA-nın aprelin 24-də keçirilən illik ümumi iclasında qurumun vitse-prezidenti və Akademiyanın Mexanika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi təyin olunub. Hazırda onun institutdakı direktor yeri boşdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Oxşar yazılar