“AMEA Rəyasət Heyətinin hazırda yerləşdiyi bina tarixi binadır və əsaslı təmirə ehtiyacı var”.
Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib.
Onun sözlərinə görə, Akademiyanın şəhərciyi əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin istifadə etdiyi bir bina olub: “İndi o binadan köçüblər. Biz bu bina ilə bağlı hökumətə layihə təqdim etmişik. Hökumətdə də bu layihə barədə fikir müsbətdir. Yüngül təmir aparılarsa, biz 2014-cü ildə o binaya köçə bilərik. Beləliklə də Rəyasət Heyətinin hazırda yerləşdiyi binada əsaslı təmir işlərinə başlanır və biz də əsaslı təmir işləri başa çatandan sonra yenə bu tarixi binaya qayıdarıq”.