“Akademiya Şəhərciyi”ndə mərkəzi elmi kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inşaası, kimya problemləri, fizika və geologiya institutlarında aparılan əsaslı təmir bu ilin sonunda yekunlaşacaq ”.
Lent. az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında AMEA prezidenti, akademik Akif Əlizadə bildirib. A. Əlizadə onu da bildirib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın daha bir ilinin yekunlaşdığını və AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanacağını bildirib.
AMEA prezidenti akademiyada elmin nüfuzunun artırılması haqqında da görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, akademiyada idarəetmənin təkmilləşdirilməsi istiqamətində bəzi institutlarda struktur islahatları həyata keçirilib.