Prezident İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.