Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş binadan mənzil almış Rey Kərimoğluya Ağdam rayon icra hakimiyyətinin başçısı hədiyyə verib. Bu barədə R.Kərimoğlu özü Lent.az-a məlumat verib.
Jurnalistin sözlərinə görə, Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 illiyi ilə əlaqədar dünən rayonda olub və rayon rəhbərliyi tərəfindən ilk dəfə təşkil edilən-on mindən çox sakinin qatıldığı yürüşdə iştirak edib.
Həmin gün axşam Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov Rey Kərimoğlunu qəbul edib, yeni mənzil alması münasibəti ilə onu təbrik edib və min manat dəyərində ev avadanlığı hədiyyə edib.