Ağdamda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi
14 iyun 2019 14:25 (UTC +04:00)

Ağdamda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi

0
Ağdam rayon Ağsaqqallar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Fərrux oğlu Ələsgərov 90 yaşında vəfat edib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Ağdamın Quzanlı kəndində anadan olan S.Ələsgərov heyvandarlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı, daha sonra "Lenin" ordeni ilə təltif olunub.
 
S.Ələsgərov 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləyib. 1981-ci ildən kolxozda sədr müavini vəzifəsində çalışıb.
Əmək qəhrəmanı S.Ələsgərov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
 
Mərhum Quzanlı kənd məzarlığında dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1580

Oxşar yazılar