Azərbaycan hökuməti Bakı şəhəri ətrafında, Abşeron yarımadasında bir sıra turizm-kurort zonaları yaratmaq niyyətindədir.
Belə ki, Türkan, Şüvəlan, Buzovna, Bilgəh, Pirşağı, Pirallahı, Hövsan qəsəbələri, eləcə də Böyük Zirə və Qum adalarında kurort zonaları yaradılacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev «APA-Economics»ə bildirib ki, həmçinin, Böyük Bakının Regional İnkişaf Planına əsasən, Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək uzadılacaq, ərazidə idman-sağlamlıq və əyləncə obyektləri tikiləcək.
Ümumilikdə isə, bu layihə çərçivəsində yeni parkların salınması üçün 500 hektar ərazinin ayrılması nəzərdə tutulub.