Abel Məhərrəmov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
12 oktyabr 2013 15:16 (UTC +04:00)

Abel Məhərrəmov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib. Bu barədə Lent.az-a BDU-dan məlumat verilib. Rektor səfirin fəaliyyəti dövründə respublikamızda elmin və təhsilin inkişafına dəstəyindən, Şərqşünaslıq fakültəsində Yapon dili və ədəbiyyatının tədrisinə göstərdiyi xüsusi münasibətdən məmnun olduğunu bildirib. Onun dövründə Yaponiyaya göndərilən tələbələrin sayının artdığını deyən rektor, eyni zamanda səfirin xanımı Atsuko Vatanabenin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə Yaponiyanın mədəniyyəti, incəsənəti ilə bağlı dediyi dərslərin əhəmiyyətini qeyd edərək təşəkkürlərini çatdırıb. Rektor yaxın vaxtlarda diplomatik fəaliyyəti başa çatacaq səfirə bu xidmətlərinə görə universitetin Fəxri Fərmanını təqdim edib.
Sonra səfirin iştirakı ilə 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə açılış nitqi söyləyib. Professor artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb və səfirə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172
avatar

Oxşar yazılar