"Yeni tədris ilinə hazırıq" - <span style="color:red;">nazir
14 sentyabr 2015 14:08 (UTC +04:00)

"Yeni tədris ilinə hazırıq" - nazir

“Son illər Azərbaycanda müsbət demoqrafik nəticələr olduğuna görə, ildən ilə I sinfə gedən uşaqların sayı artır. İbtidai siniflərdə həmin uşaqların təhsil alması üçün zəruri şərait yaradılıb. Dərsliklərin təminatı ilə bağlı da hər hansı çətinlik gözlənilmir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, yeni tədris ilinə hazırlıq tam həcmdə həyata keçirilib. Ölkə ərazisində onlarla məktəb, o cümlədən Bakıda bir sıra yeni məktəblər tikilib və yaxud da əsaslı şəkildə təmir olunub. Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinin ilk həftəsində monitorinq qrupu yaradılacaq. Ölkədə dərslik təminatı ilə bağlı problem yaranarsa, operativ şəkildə həllini tapacaq. Bu il 2000-dən çox yeni müəllim işə qəbul olunub. 50 yeni məktəb direktoru təyin edilib. Onlardan 28-i Bakı şəhərində çalışacaq.

 

Nazir deyib ki, 2012-ci illə müqayisədə, son üç ildə Azərbaycanın ümumi təhsil müəssisələrində 9-cu sinfin məzunları arasında müsbət qiymət alan şagirdlərin sayı 14 faiz artıb: "Hər il bu göstərici yüksəlir. Hazırda ölkədəki ümumi təhsilin qiymətləndirilməsində yalnız 9-cu sinfi bitirmiş şagirdlər iştirak edir. Biz onların akademik nəticələrini əldə etdikdən sonra hər hansı müdaxilə üçün məktəblərdə demək olar ki,  vaxt qalmır. Bu mövzu ictimaiyyət üçün yeni olsa da, həmkarlarımızla fevral ayında bunu müzakirə etmişik. Şagirdlərin daha erkən siniflərdə akademik nailiyyətlərinin qiymətləndirilməsi prosesini tətbiq etsək, təhsil göstəricilərinin yaxşılaşdırılması üçün əlavə imkan qazanacağıq. Nəticədə hansı şagirdin, hansı məktəbin, hansı bölgənin hansı istiqamətdə çatışmazlığı olduğunu biləcəyik. İnanıram ki, 6-sı sinfin, yaxud da ibtidai sinfin sonunda erkən qiymətləndirmənin tətbiqi ilə təhsil sistemi göstəricilərinin yüksəldilməsinə nail olacağıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Fərizə Əhmədova

Oxşar yazılar