Tərkibində güclü təsir edən maddələr olan dərman preparatı aşkarlanıb
01 aprel 2019 16:26 (UTC +04:00)

Tərkibində güclü təsir edən maddələr olan dərman preparatı aşkarlanıb

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, rentgen aparatı vasitəsi ilə keçirilən gömrük baxışı zamanı səs gücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən hər birində 14 həb olmaqla 22 konvolyut, ümumilikdə 308 həb "Lirika 300 mq (Preqabalin)" adlı dərman preparatı aşkarlanıb.

Qeyd edək ki, "Lirika (Preqabalin)" adlı dərman preparatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Oxşar yazılar