"Şəxsən obyekt rəhbərləri məsuliyyət daşıyır"
10 dekabr 2013 21:46 (UTC +04:00)

"Şəxsən obyekt rəhbərləri məsuliyyət daşıyır"

"Yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən obyekt rəhbərləri məsuliyyət daşıyır".

 

APA TV-nin xəbərinə görə, bu fikirlər Salyan şəhərində Muğan Regional Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib. Seminar müşavirədə ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirməkdən ibarətdir. Eyni zamanda bölgədə fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilib.

 

Respublikanın ticarət obyektlərində 2006-2011-ci illərdə 632, 2013-cü ilin 9 ayı ərzində isə 81 yanğn haisəsi baş verib. Seminar-müşavirədə sahibkarlara “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda video-stend nümayiş etdirilib. Seminar-müşavirənin iş planı çərçivəsində rayonda yerləşən ticarət obyektlərindən birinin ərazisində yerləşən anbarda yanğın su mənbələrinin vəziyyətinə baxış keçirilmiş, şərti yanğın söndürülərək ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi qaydaları praktiki olaraq nümayiş etdirilib. Yanğın zamanı təxliyyə qaydaları haqqında müşavirə iştirakçılarına ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Oxşar yazılar