<b>Şahdağa qar yağıb –</b> <span style="color:red;">Faktiki hava
29 sentyabr 2016 10:56 (UTC +04:00)

Şahdağa qar yağıb – Faktiki hava

0

Sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar