(R) DəmirBank Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb
25 sentyabr 2013 10:47 (UTC +04:00)

(R) DəmirBank Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb

DəmirBank 5 oktyabr – Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb.

Aksiyanın şərtlərinə görə müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500 – 6500 AZN, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 AZN-dək olduqda iş yerindən arayışsız və zaminsiz, 5000 AZN-dək olduqda isə zaminsiz verilir.

Yeni aksiyadan bütün növ təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar, kolleclər, uşaq yaradıcılıq mərkəzləri, idman məktəbləri, universitetlər, təhsil idarələri, bağçalar və s.) çalışan müəllimlər yararlana bilər. Aksiya 25 sentyabr – 31 oktyabr 2013-cü il tarixini əhatə edir.

Ətraflı məlumatı www.demirbank.az saytından, www.facebook.com/demirbank.az səhifəsindən və 149 nömrəsinə zəng etməklə əldə etmək olar.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar