Unibank 2 iyul- Azərbaycan Polisi Günü münasibətilə daxili işlər
orqanlarının bütün əməkdaşlarını təbrik edir. Unibank təhlükəsizliyimizin xidmətində
dayanan polislərimiz üçün daha güzəştli şərtlərlə kredit kampaniyasına başlayıb.
Avqustun 15-dək Unibankdan kredit götürən bu peşə sahiblərinə 2% endirim
ediləcək. Kreditin maksimal məbləği 7500 AZN, ödəniş müddəti isə 48
ayadəkdir. Üstəlik kampaniya çərçivəsində kredit götürən polislərə böyük
imtiyazlar verəcək üzvlük kredit kartları hədiyyə edilir.
Unibankda endirimli peşə krediti də davam edir. İyulun 15-dək Unibankdan kredit
götürən həkimlər, dövlət qulluqçuları və hərbçilərə 2% endirim edilir. Maksimal
məbləği 7.500 AZN və 48 ayadək verilən kreditləri alan bu peşə sahiblərinə
üzvlük kartı da hədiyyə olunur.
Qeyd edək ki, Unibankın nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş
həddi 70-dir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğlərinə və
əmək stajlarına heç bir tələb qoyulmur.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları şənbə
günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti
də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri
məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected]
ünvanına göndərməlidirlər.
Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank
müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az
saytında, Unibankın cash-in ödəniş terminallarında və unibank.az saytında vaxt
itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından
(www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)
əldə etmək olar.
Unibank – hər kəsin bankı.