(R) TuranBankda Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüş keçirilib
18 mart 2013 17:48 (UTC +04:00)

(R) TuranBankda Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüş keçirilib

16 Mart 2013-cü il tarixdə “TuranBank” ASC 2012-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş 27 nəfər gənclə görüş keçirmişdir. Tədbir Bankın baş ofisində İ.Qutqaşınlı küçəsi 85 ünvanında keçirilmişdir. Bankın İdarə Heyətinin üzvü Kəmalə Mustafayeva tədbiri açaraq ölkəmizdə gələcəyimiz olan gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. Azərbaycan gəncləri sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri olaraq həm sosial, həm iqtisadi, həm də mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.

Açılışdan sonra söz “TuranBank”ın Müşahidə Şurasının sədri Fuad Musayevə verilmişdir. Fuad Musayev cəmiyyətdə gənclərin rolunu xüsusi qeyd etmiş, gənclərin sosial və iqtisadi inkişafında dövlətin həyata keçirdiyi siyasətdən danışmış və bildirmişdir ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinə və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək olaraq həyata keçirilən bu tədbir tələbə gənclərlə bank arasında olan münasibətlərin genişləndirilməsi və onların bankla yaxından tanış olması məqsədi güdür.  

Tədbir interraktiv olaraq həyata keçirilmişdir. Bankın yaranma tarixi və fəaliyyətinə dair qısa təqdimat təqdim olunduqdan sonra gənclərlə bank və bank məhsulları haqqında müzakirələr aparılmışdır, diskusiyalar edilmişdir. Diskusiya zamanı gəncləri maraqlandıran suallar cavablandırılmış, onların bankın müxtəlif sahələrinə maraqları dəyərləndirilmişdir.  

Sonda tələbələrə xüsusi olaraq onlar üçün hazırlanmış plastik kartlar və digər hədiyyələr təqdim olunmuşdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

Oxşar yazılar