2013-cü il ərzində Azercell əhəmiyyətli dərəcədə 4G şəbəkəsini genişləndirərək yeni 4G internet paketlərini istifadəyə verdi
Ölkənin tam coğrafi ərazi əhatəsinə baxmayaraq, 4G şəbəkəsinin kommersiya istifadəsini həyata keçirən ilk və yeganə mobil operator Azercell şirkəti öz şəbəkəsinin keyfiyyətini artırmaq məqsədilə davamlı investisiyalar edir. Yalnız 2013-cü il ərzində Azercell 1000-dən artıq radio baza stansiyasını istifadəyə vermişdir. Yüksək keyfiyyətli səs xidmətləri və mobil internetə artan tələbatı nəzərə alaraq şirkət etibarlı data trafikini təklif edir ki, keçən illə müqayisədə onun 120% artımı bunun bariz nümunəsidir. Hal-hazırda 4G şəbəkəsi tam olaraq Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsini əhatə edir. Hal-hazırda baza stansiyalarının ümumi sayı 265 təşkil edir. 4G – ilk növbədə abunəçilər üçün 100Mb/s-əyə çatan daha sürətli mobil internet və istifadə edilən məlumatın daha böyük həcmi deməkdir.
LTE şəbəkəsinin yüksək keyfiyyətini təmin etmək məqsədilə Azercell üç tamamilə müxtəlif 4G paketini istifadəyə buraxdı. Beləliklə, 2 dekabr tarixindən etibarən Azercell abunəçiləri 25GB internet paketi üçün ƏDV daxil 30 AZN, 50GB üçün 45 AZN və 100 GB üçün 70 AZN ödəyirlər. İnternet paketlərindən yararlanmaq üçün müvafiq açar sözünü seçib 2525-ə sms göndərmək lazımdır.
İnternet paketi |
Açar sözü |
Paketin qiyməti |
25GB |
25GB |
30 AZN |
50GB |
50GB |
45 AZN |
100GB |
100GB |
70AZN |
Hər üç paketin istifadə müddəti üçün 30 təqvim günü təyin edilib. Mobil İnternet 4G/3G/EDGE/GRPS)
xidməti çərçivəsində təqdim edilən həcm bitdikdən sonra 30 günlük dövrün sonunadək yalnız EDGE
xidmətindən (maksimal sürət 128 Kbit/s), limitsiz həcmdə istifadə etmək mümkündür.
Onu da bidirək ki, yeni 4G paketlərindən istifadə etmək üçün 4G USİM kartını əldə etmək mütləqdir.
4G USİM kartından istifadə edən abunəçilər 2G/3G Mobil İnternet paket(lər)ini sifariş edə bilərlər.
02 dekabr 2013-cu il tarixindən 4G modemləri yeni şərtlər çərçivəsində bir daha satışa buraxılıb.
Modemin qiyməti - 54 AZN (ƏDV xaric). Abunəçi 20 AZN (ƏDV xaric) ödəyərək modemi əldə etdikdən sonra 60 gün ərzində 4G paketlərindən birini ən azı 2 dəfə sifariş etməlidir. Azercell Ekspes ofisləri və diler mağazaları şəbəkəsində, həmçinin, 4G şəbəkəsi üzərindən çalışan telefon və planşetlərin geniş çeşidləri mövcuddur.
Məlumat üçün bildirək ki, 4G şəbəkəsində SMS, MMS kimi xidmətlər göstərilmir.
Daha ətraflı məlumat üçün: http://www.azercell.com/az/personal/internet/internet_campaigns/4g_modem/#.Up2Xh8RdXJo
səhifəsinə daxil ola bilərsiniz.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.