Müştəri istəyini nəzərə alan, daim müştəri məmnunluğu üçün çalışan İDEAL mağazalar şəbəkəsindən daha bir sevindirici yenilik!
İndi, İDEAL endirim kart sahibləri kartlarının endirim faizinə uyğun olaraq İDEAL parfüm və kosmetika mağazalarında təqdim edilən Aroma Collection məhsullarını da ENDİRİM-lə əldə edə biləcəklər.
Xatırladaq ki, Aroma Collection brendi Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsullar istehsal edən Gazelli Group şirkətinə məxsusdur.
Aroma Collection brendinin mühüm keyfiyyət göstəricisi də, kosmetik vasitələrin eksklüziv komponentlər, bitki cövhərləri və təbii efir yağlarından ibarət təbii tərkibidir.
Brend İDEAL mağazalarında üz, saç və bədənə qulluq üzrə 18 çeşiddə məhsulunu təqdim edir.