DəmirBank İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə plastik kart istifadəçilərinə yeni 3D Secure xidmətini təqdim edib. Bu xidmət həm VISA, həm də MasterCard plastik kartlarına şamil olunur.
DəmirBank-ın plastik kart sahibləri MilliKartın internet saytında (http://millikart.az/index.php?option=com_content&view=article&id=87&Itemid=424&lang=aze) plastik kartın tələb olunan göstəricilərini (16 rəqəmli şifrə və etibarlıq müddəti) qeyd etməklə, qeydiyyatdan keçməlidirlər. 3D Secure şifrəsi müştəriyə SMS vasitəsilə göndərilir.
DəmirBank MasterCard International (1998-ci ildən) və VISA International (2005-ci ildən) beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bu kartlarla dünyanın 200-dək ölkəsində nağd pul çıxartmaq, ticarət-xidmət mərkəzlərində və internet şəbəkəsində nağdsız ödənişlər etmək mümkündür.
DəmirBank plastik kartlar üzrə bir sıra kampaniyalar və proqramlar təqdim edir – “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.