(R) Cəmi 5 gün qaldı...
27 dekabr 2013 10:47 (UTC +04:00)

(R) Cəmi 5 gün qaldı...

Unibank-ın ALBALI kart sahibləri üçün növbəti sürprizi olan “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının bitməsinə cəmi 5 gün qalıb. ALBALI kartı ilə cəmi 10 manatlıq alış-veriş sizə 1000 AZN pul uduşu qazandıra bilər.Oktyabrın 24-dən dekabrın 31-dək davam edən lotereya oyunu müddətində ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edə bilər. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri ALBALI ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat 28 Mall ALBALI kartı ilə 28 Mall Ticarət mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır. Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min AZN olan lotereyanın 35 qalibi olacaq. 5 qalib hərəsi 1000 AZN, 5 qalibi isə hərəsi 500 AZN, 25 nəfər 100 AZN pul mükafatı əldə edəcəklər. Uduş tirajı 15 yanvar 2014-cü ildə, Unibank-ın R.Behbudov 55 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir. Hər gün minlərlə vətəndaş, ölkənin 1000-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

 

ALBALI – çox-çox sərfəli kart.

 

Unibank – hər kəsin bankı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar