(R) Batumi möcüzəsi
05 iyun 2013 10:45 (UTC +04:00)

(R) Batumi möcüzəsi

Müasir Gürcüstanın həqiqi rəmzi və Qara dənizin incisi olan Batumi yalnız qonşu dövlətlər üçün deyil, həmçinin dünyanın bir çox ölkələri üçün əhəmiyyətli turizm mərkəzlərindən biridir.

 

Tarixi mənbələrə görə Batuminin əsası qədim zamanlarda – bizim eradan əvvəl qoyulmuşdur. “Bathus” adı artıq e.ə. IV əsrdə məlum idi.

 

Maraqlı və zəngin tarixi keçmişi Batuminin memarlıq müxtəlifliyini qabaqcadan nəzərəçarpacaq dərəcədə şərtləndirmişdi. Belə ki, XIX əsrdə Porto-Franko dövründə Avropa memarları tərəfindən çoxlu sayda maraqlı layihələr başa çatdırılmışdı. Sovet dövründə olduğu kimi, Batumi hazırda məşhur dəniz limanı və turist şəhəridir.

 

Bu gün Batumi yalnız Gürcüstanın ən gözəl şəhərlərindən biri kimi ön plana çıxmır, həm də Qara dənizin məşhur turist mərkəzidir. O həmişə kurort şəhərlərinə məxsus imkanlara malik olmuşdur. Buna baxmayaraq, son illər ərzində turizmin inkişafı üçün misli görünməmiş tədbirlər həyata keçirilmişdir: qədim yaşayış evləri bərpa edilmiş; su təchizatı və kanalizasiya sistemi tamamilə yenilənmiş; çoxlu sayda turist mərkəzləri qurulmuş; dünyada tanınan müxtəlif markalı otellər tikilmiş; “Batumi-Velo” layihəsinin icrasına başlanılmış, çoxlu sayda kafe-restoran və əyləncə yerləri açılmışdır. Təqdirəlayiq haldır ki, Batumi mədəni tədbirlərin və beynəlxalq toplantıların mərkəzinə çevrilmişdir. Bu şəhər dünya ulduzlarının iştirakı ilə keçirilən konsertlərə, eləcə də beynəlxalq idman yarışları və incəsənət sahəsində təşkil edilən festivallara ev sahibliyi edir.

 

Qeyd etmək lazımdır ki, 2012-ci ildə Amerikanın Otel Xidmətləri üzrə Akademiyası Batumini ilin Ən yaxşı Yeni Məkanı adlandırmışdır.

 

Acarıstan öz dağlıq və dəniz kurortları, müasir memarlıq abidələri, açıq havada heykəltəraşlıq nümunələri, Avropa meydanları, nadir Botanika Bağı, 1881-ci ildə fransız bağbanı D'alfonso tərəfindən inşa edilmiş, Avropada ən uzun bulvarlardan biri olan Dənizkənarı bulvarı, unudulmaz Delfin şousu, ləzzətli gürcü yeməkləri, əla şərab və, ən əsası, Sizi hər zaman salamlamağa hazır olan qonaqpərvər və səmimi insanları ilə unudulmaz tətilə dəvət edir.

 

Bu gözəl diyar haqqında daha ətraflı məlumatı www.visitbatumi.travel internet səhifəsindən əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar