(R) Bakıda ilk “Künefe evi” açılıb - FOTOSESSİYA
14 oktyabr 2013 16:02 (UTC +04:00)

(R) Bakıda ilk “Künefe evi” açılıb - FOTOSESSİYA

Türkiyənin məşhur şirniyyat növü olan künefeni Bakıda ilk dəfə məhz bu kafedə dada bilərsiniz.

 

Masaya isti-isti verilən künefenin üzərinə dondurma, qoz yaxud fıstıq tozu əlavə etməklə siz bu əvəzsiz şirniyyatdan ləzzət alacaqsınız.

 

 

“Künefe evi”ndə Türkiyədən gətirilmiş məhsullardan hazırlanan müxtəlif növ paxlavaların dadına baxa bilərsiniz. Şirniyyatlarımız bununla bitmir. Dadlı poaçalar, kadayiflər, smitlər, hər cürə tortlar “Künefe evi”ndə var.

 

Müştərilərinə məşhur türk ustalarının hazırladığı şərq şirniyyatını təqdim edən “Künefe evi” həm də səhər yeməyi təklif edir. Xüsusi səhər yeməyi menyularımızda müştərilərə 20-ə yaxın təam təqdim edirik: 5-6 növ pendir, 4-5 növ mürəbbə, Azərbaycanın və Türkiyənin ən yaxşı məkanlarından gətirilmiş təmiz bal və qaymaq, qovurmalı yumurta... Özəl olaraq, bu menyuların içində Türkiyənin məşhur səhər yeməyi olan Diyarbakır menyusu da var.

 

“Künefe evi”ndə bitki çayları içə bilərsiniz. Bütün dünyada öz dadı ilə məşhur olan əsl türk qəhvəsini məhz burda içə bilərsiniz. Ona yaxın xəstəliyin dərmanı olan fərqli “Menengiç qəhvəsi” də meynumuzda var. Qəhvənin digər məşhur çeşidləri də bizdə var: kappuççino, amerikano, latte makiato.

 

“Künefe evi”ndə limondan hazırlanmış, içinə nanə qatılan dadlı limonadı da içə bilərsiniz.

 

Qeyd edək ki,  “Künefe evi”də Siz məhsulların hazırlanma prosesi ilə tanış ola biləcəksiniz. Tanınmış türk ustaları gözünüzün önündə Sizin üçün künefe hazırlayacaqlar.

 

Şəhərin mərkəzində yerləşən “Künefe evi”ni tapmaq çox asandır: Əziz Əliyev küçəsi 33. Natəvan heykəlinin yanında. 

 

Siz “Künefe evi”nə əvvəlcədən yer sifariş edə bilərsiniz. Telefon:  + 99 412 492 65 06, +99 4507287760

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2905
avatar

Oxşar yazılar