AGBankın 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə keçirdiyi tədbirlər davam edir.
22 noyabr 2013-cü il tarixində AGBank ASC-nin nümayəndələri Yasamal rayonunda yerlşən 225 saylı məktəbi ziyarət edib, şagirdlərə əmanətlər barədə ətraflı məlumat verib, viktorina keçirib, qalibləri təyin ediblər və sonunda Beynəlxalq Əmanət Gününü əks etdirən hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə və 9 Bankın iştirakı ilə ölkəmizdə noyabr ayı ərzində keçirilir.