(R) “Unibank”dan neftçilərə hədiyyə
09 sentyabr 2013 15:25 (UTC +04:00)

(R) “Unibank”dan neftçilərə hədiyyə

“Unibank” peşə  bayramı münasibəti ilə neftçilər üçün güzəştli kredit kampaniyasına

başladı. Bu gündən etibarən bankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3 % endirimlə veriləcək, üstəlik bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan  MC Gold kartı hədiyyə olunacaq. Beynəlxalq kart olan  MC Gold kartından dünyanın bir çox ölkələrində istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar maksimum 7500 AZN-dək krediti 48 ay müddətinədək götürə bilərlər. Kampaniya sentyabrın 30-dək davam edəcək.

 

Qeyd edək ki, “Unibank”ın nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. “Unibank”dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

 

Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları şənbə

günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

 

Qeyd edək ki, “Unibank”da kredit ödənişləri çox asan olub. İndi bütün “Unibank”

müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarında, hesab.az saytında, “Unibank”ın cash-in ödəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

“Unibank” – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar