"Qarabağ” futbolçuları stadiona şəhid və ya qazi övladları ilə çıxsın - TƏKLİF
20 oktyabr 2017 14:35 (UTC +04:00)

"Qarabağ” futbolçuları stadiona şəhid və ya qazi övladları ilə çıxsın - TƏKLİF


 
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu “Qarabağ” Futbol Klubunun kollektivinə müraciət edib. 

 


Lent.az-ın xəbərinə görə, müraciətdə qeyd edilib ki, komandanın beynəlxalq arenada əldə etdiyi uğurlar sevindiricidir: “Futbol oyunlarında komandaların stadiona hər bir oyunçunun əlindən tutan azyaşlı ilə çıxma praktikası mövcuddur. Cəmiyyətin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov təklif edib ki, “Qarabağ”ın Bakıda keçirilən oyunlarında futbolçular Qarabağ şəhidlərinin, qazilərin övladları və ya nəvələri meydan çıxsınlar. Bu barədə xarici dillərdə məlumat hazırlayaraq, əcnəbi jurnalistlərə təqdim olunsun. Cəmiyyət olaraq bu təklifi dəstələyirik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar