"Qar örtüyünün hündürlüyü 1 sm olub" - Nazirlik
09 oktyabr 2015 12:12 (UTC +04:00)

"Qar örtüyünün hündürlüyü 1 sm olub" - Nazirlik

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan hava şəriati barədə məlumat yayıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mİlli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub. Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

 

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar