"Qanunsuz ət kəsiminin qarşısı alınacaq" - Xidmət rəisi
14 yanvar 2016 13:33 (UTC +04:00)

"Qanunsuz ət kəsiminin qarşısı alınacaq" - Xidmət rəisi

 
"Ölkədə heyvan mənşəli məhsullara nəzarət gücləndirilib".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov APA-ya açıqlamasında bildirib ki, əhalinin sağlam qidalanmasının təmin olunması ilə əlaqədar reydlər davam etdirilir.

 

O qeyd edib ki, baytarlıq apteklərində, habelə dərmanların saxlanıldığı anbarlarda da reydlər keçirilir: “Bu sahədə baş verən bütün qanunsuzluqların qarşısı alınacaq. Kənd təsərrüfatı nazirinin tapşırığına  əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti ardıcıl olaraq reydləri davam etdirəcək”.

 

A. Süleymanov əlavə edib ki, qanunsuz ət kəsiminin də qarşısı alınacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337

Oxşar yazılar