"Özəl kanallar arasında bərabər bölünəcək" - MTRŞ
13 may 2016 12:32 (UTC +04:00)

"Özəl kanallar arasında bərabər bölünəcək" - MTRŞ

 

“Özəl teleradio yayımçılarına ayrılan birdəfəlik maliyyə yardımı bərabər əsaslarla bölüşdürüləcək”.

 

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib. 

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan MTRŞ-ya 2 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

APA Baycan

Oxşar yazılar