"Dünyada 200 milyondan artıq insan işsizdir" - Nazir müavini
18 iyun 2019 14:02 (UTC +04:00)

"Dünyada 200 milyondan artıq insan işsizdir" - Nazir müavini

"Bu gün dünyada gündəlik gəliri 1,25 dollardan aşağı olan insanların sayı təxminən 800 milyondur ".
 
APA-nın xəbərinə  görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
 
O bildirib ki, dünyada bərabərsizlik hökm sürür və problemlər hələ də qalmaqdadır: "Hələ də, dünyada 200 milyondan artıq insan işsizdir. 100 milyona yaxın gənc ilkin oxumaq bacarığına malik deyil. Bu gün dünyada bütün işləyənlərin sayı 40 faizdən çox deyil. Hazırda gənclər arasında işsizlik səviyyəsi üstünlük təşkil edir".
 
S.Həsənova deyib ki, 600 milyondan çox insanın bilavasitə mərkəzləşdirilmiş şəkildə içməli suya əlçatanlığı təmin olunmayıb: "Bu problemlərin həlli üçün Azərbaycan 191 ölkə ilə birlikdə BMT-nin yeni gündəliyinə qoşulub. Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycan yoxsulluğun azaldılmasına nail olan 18 ölkə sırasına daxil olub. Bu nailiyyətə görə Azərbaycan bir neçə mükafata layiq görülüb".
 
S. Həsənova bildirib ki, Azərbaycan yoxsulluğun iki dəfə azaldılmasına müvəffəq olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar