"Diqlas" sahibkarlarına ödənişlərin verilməsinə başlanıldı
05 aprel 2019 17:07 (UTC +04:00)

"Diqlas" sahibkarlarına ödənişlərin verilməsinə başlanıldı

“Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlara bu gün bank kartlarının verilməsi prosesinə başlanılıb.
 
ONA xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında sahibkarlara bank kartlarını paylayıb. Nazir sahibkarlara ödənişlərin "Kapital Bank" və "Turan Bank" vasitəsilə həyata keçiriləcəyini bildirib. 
 
Qeyd edək ki, bu gün 57 sahibkara 570 min manat ödəniləcək. Sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bu maddi yardımdan xidmət haqqı tutmayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955
avatar

Oxşar yazılar