Təbriz xəstəxanası: “Borcun qalan hissəsi ödənilmədiyi üçün uşağın meyitini verə bilmərik”
23 yanvar 2016 19:55 (UTC +04:00)

Təbriz xəstəxanası: “Borcun qalan hissəsi ödənilmədiyi üçün uşağın meyitini verə bilmərik”

 

 

 “Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin valideynləri qalan pulu ödəməyiblər. Ona görə də uşağın meyitini təhvil verə bilmərik”.

Bunu APA-nın İran bürosunun sorğusuna cavab olaraq Təbriz şəhərində yerləşən “Kudəkan” xəstəxanasının nümayəndələri deyiblər.

 

Xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. “Qalan pul isə uşağın qohumları tərəfindən ödənilməlidir ki, cənazə  təhvil verilsin. Bu uşağın valideynləri və qohumlarının borcudur ki, həmin məbləği ödəsinlər. Lakin onlar bu anadək bu işi görməyiblər və biz də qanuna uyğun olaraq uşağın meyitini təhvil verə bilmərik”, - deyə xəstəxana təmsilçisi qeyd edib. 

 

Xatırladaq ki, 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar