
Sürücülərin nəzərinə: avtomobillərlə bağlı YENİ TƏLƏBLƏR
Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında buraxılması nəzərdə tutulan avtomobillərin eninə dair tələb dəyişib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
Qərara əsasən, ümumi istifadədə olan avtomobil yollarına buraxılması nəzərdə tutulan avtomobillərin eni 2,5 metrdən 2,55 metrə qaldırılıb.
Azərbaycanda V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyünə dair tələb də dəyişib. Bundan sonra I—IV dərəcəli yollarda olduğu kimi V dərəcəli yollara buraxılan avtomobillərin də hündürlüyü 4 metrə qədər ola bilər. İndiyə qədər V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyü 3,8 metrə qədər ola bilərdi.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09