<span style="color:red;">I qrupun qəhrəmanı:  "Bölgədə ilk 700 bal yığan abituriyent kimi tarixə düşdüm"
21 iyul 2018 10:31 (UTC +04:00)

I qrupun qəhrəmanı: "Bölgədə ilk 700 bal yığan abituriyent kimi tarixə düşdüm"

"İlk imtahanda hər kəs məndən 700 bal gözləyirdi. Amma alınmamışdı. Çünki 4 səhvim oldu. Təkcə riyaziyyatdan hamısını düz yazmışdım. Fizika və kimyadan səhvlərim var idi. İnanırsınız, evdəkilər o qədər məyus oldular ki, məni danlamaq yadlarına düşmürdü. Ən çox özüm-özümü danlayırdım".

 

Bunu Lent.az-a açıqlamasında I ixtisas qrupu üzrə qəbul imtahaının ikinci mərhələsində maksimum nəticə göstərmiş Anar Abıyev deyib. Biləcəri qəsəbəsindəki "Zəfər" kurslarında 2 illik hazırlıqdan sonra 700 bal topladığını bildirən abituriyent 2-ci imtahanda da maksimum nəticə ilə bağlı qorxularının olduğunu gizlətməyib: "Birinci imtahanda 677 bal toplamışdım. 2-ci cəhddə 700 bal toplamağıma hardasa 90 faiz inanırdım. Amma yenə də müəyyən qorxu hissi qalırdı. 2 ay gecə-gündüz əzmlə çalışdım. Hədəfimi qəti olaraq 700 üzərində müəyyənləşdirmişdim. Hazırlaşdığım kursun direktoru Rasimə müəllim məni 2-ci imtahana həm psixoloji, həm də mənəvi sarıdan hazırladı. Bütün müəllimlərimin böyükdür, valideynlərimin mənə inamı maksimum nəticə göstərəcəyimə zəmin yaratdı. 700 bal yığdığıma görə ilk təbrikləri sinif yoldaşlarımdan alırdım. Balımı soruşub sonra təbrik edirdilər(gülür). Evimizdə isə sevinc göz yaşları hakim idi."

 

Anar Abıyev xaricdə təhsil almaq imkanlarından da ağız dolusu danışıb: "Sənədlərimi Bakı Ali Neft Məktəbinə verəcəyəm. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil almaq fikrindəyəm. Eyni zamanda, xaricdə də təhsil almağı düşünürəm. Ya bakalavr ya da magistr ixtisasımı mütləq xaricdə alacağam. İxtisasım üzrə daha çox İngiltərədə oxumaq istəyirəm. Təki sağlıq olsun".

 

Ailənin son beşiyi olan Anar Abıyev bacısının da bir neçə il əvvəl yüksək bal topladığını deyib: "Bacımın da nəticələri yüksək olmuşdu. 580-dən yuxarı bal toplamışdı. Mənim 700 bal yığmağım onu qısqandırmadı amma (gülür)... Araşdırdım, məndən qabaq cənub bölgəsi üzrə 700 bal toplayan şəxsin adına rast gəlmədim. Anladım ki, cənub bölgəsində ilk 700 bal yığan abituriyent kimi ölkəmizin təhsil tarixinə düşmüşəm".

 

# 408
avatar

Tural TURAN

Oxşar yazılar