<span style="color:red;">İcra başçısı:  "Bütün imkanlar səfərbər edilməlidir"
27 yanvar 2016 12:17 (UTC +04:00)

İcra başçısı: "Bütün imkanlar səfərbər edilməlidir"

 

Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, qəsəbədəki təhsil, səhiyyə və digər müəssisələrin rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilib. Lent.az-ın məlumatına görə, sakinlərlə görüş formatında təşkil olunmuş yığıncaqda Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verib.

 

Daha sonra “açıq mikrofon” formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib.

 

Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib. Eldar Əzizov çıxışında qəsəbə nümayəndəliyi, bələdiyyə, MİS və xidmətlərin  rəhbərlərinə işlərində dönüş yaradılması üçün ciddi tapşırıqlar verib və əlavə edib: “İnsanlara yuxarıdan baxmaq olmaz. Hər bir vəzifəli şəxs vətəndaşların müraciətinə həssas yanaşmalıdır. Dövlət qulluqçusunun əsas vəzifəsi müraciətlərə biganə qalmamaq, onun həlli üçün səylərini əsirgəməməkdir. Bunu bizdən vəzifə borcumuz tələb edir. Bunu prezident tələb edir. Buna görə də bütün imkanlar səfərbər olunmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205

Oxşar yazılar