<span style="color:red;">Deputat : “Aliment Fondu yaradılmalıdır”
02 fevral 2015 13:26 (UTC +04:00)

Deputat: “Aliment Fondu yaradılmalıdır”

 “Azərbaycanda Aliment Fondu yaradılmasına ehtiyac var”.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, parlamentin bir müddət əvvəl Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı etdiyi dəyişiklik problemin həllinə ciddi təsir etməyib.

 

O qeyd edib ki, hazırda bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı ciddi problemlər yaşanır: “Ona görə də bəzi anaların vəziyyəti çox çətindir. Bəzən atalar işləmədiklərini əsas gətirərək aliment verməkdən imtina edirlər. Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edirəm. Bu fond yaradılarsa, dövlətin analara dəstəyi artar. Beləliklə də analar məhkəmə qapılarında qalmaqdan qurtulmuş olar”.

 

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, belə bir fond yaradılarsa, aliment verməyənlərin sayı daha da artacaq: “Fond yaratmaq, dövlətin yükünü artırmaq lazım deyil. Hesab edirəm ki, axtarışlar aparıb başqa çıxış yolu tapmaq lazımdır. Rusiyada bunun yaxşı təcrübəsi var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar