(R) Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi VI-IX sinfə şagird qəbulu elan edir - ELAN
13 iyun 2014 16:30 (UTC +04:00)

(R) Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi VI-IX sinfə şagird qəbulu elan edir - ELAN

0

TDV Bakı Türk Liseyi 2014-2015-ci dərs ili üçün VI-IX sinfə şagird qəbulu elan edir. Liseydə dərslər Təhsil Nazirliyinin Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq keçirilir. Təhsil pulsuzdur və Azərbaycan dilindədir.

 

  1. Müraciət müddəti və qəbul şərtləri

 

Liseydə təhsil almaq üçün iyun ayının 12-dən iyul ayının 4-dək hər gün saat 13.00-dan 19.00-a qədər, 2014-cü ildə V və VIII sinifdə oxuyan şagirdlər müraciət edə bilərlər.

 

  1. Təqdim olunacaq sənədlər

 

a) Şagirdin V-VIII sinifdə oxuduğunu təsdiq edən və məktəbin möhürü ilə təsdiq olunmuş arayış (möhür şəklin üzərinə vurulmalıdır)

b) 2 ədəd fotoşəkil (3x4 ölçüdə)

c) Yaş kağızının surəti

 

  1. İmtahan tarixi və yeri

 

Qəbul imtahanı 2014-cü il iyul ayının 6-da, bazar günü, saat 10-da Liseyin binasında keçiriləcək

 

  1. İmtahan fənləri və imtahan şəkli

 

V sinif şagirdləri (Ana dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili və Həyat bilgisi), VIII sinif şagirdləri üçün isə seçdikləri ixtisas qrupu üzrə fənlərdən test üsulu üzrə imtahanlar keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.

 

  1. İmtahan nəticələrinin elanı

 

Qəbul nəticələri 12/07/2014-cü ildə, saat 11.00-da Liseydə elan ediləcək.

 

  1. Əlavələr

 

İmtahana ancaq 04/07/2014-cü il tarixinə qədər müraciət edən və Lisey rəhbərliyi tərəfindən buraxılış vəsiqəsi verilmiş şagirdlər buraxılacaq.

 

Şagirdlər imtahana:

 

  1. İmtahana buraxılış vəsiqəsi
  2. 2 ədəd karandaş qələm və 1 ədəd pozan ilə gəlməlidirlər

 

Ünvan:

 

BDU Tələbə Şəhərciyi, Mətbuat pr., 36/6, Yasamal rayonu

Əlaqə telefonlar: 434 55 80 / 432 93 24

 

www.tdv-btl.edu.az

 

Əlaqələriniz üçün təşəkkür edirik!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7038

Oxşar yazılar