Qaradağda həm sərnişin daşıyan, həm də narkokuryerlik edənlər  saxlanıldı - VİDEO
15 dekabr 2025 12:50 (UTC +04:00)

Qaradağda həm sərnişin daşıyan, həm də narkokuryerlik edənlər saxlanıldı - VİDEO

0

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kiloqram 380 qram marixuana, 2 kiloqram 560 qram tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Saxlanılanlar ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişin daşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar