(R) “Bakcell” təhsil və karyera sərgilərində iştirak edib
16 oktyabr 2014 15:30 (UTC +04:00)

(R) “Bakcell” təhsil və karyera sərgilərində iştirak edib

 

 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda keçirilən 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgisində uğurla iştirak edib.

 

 

3 gün davam edən sərgidə nümayiş olunan “Bakcell” stendi və təşkil olunan müsabiqə, sorğu və s. tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bununla yanaşı, “Bakcell”də hazırda mövcud olan 14 vakansiya barədə məlumat verilib, eyni zamanda stendin ziyarətçiləri arasında müsabiqə keçirilib. Müsabiqədə “Bakcell”, şirkətin həyata keçirdiyi layihələr, əmək qanunvericiliyi, kadrların idarə olunması və s. ilə bağlı suallara cavab verən 24 sərgi iştirakçısına xüsusi hədiyyələr təqdim olunub.

 

 

Sərgi zamanı Şirkətin təqdim etdiyi vakansiyalara 300-dən artıq müraciət daxil olub. Hazırda elan olunmuş vakansiyalara uyğun gələn müraciətlərə “Bakcell”in insan resursları şöbəsi tərəfindən baxılır.

 

 

Sərgi iştirakçıları arasında keçirilən məşğulluq sorğusunda 200-dən çox ziyarətçi iştirak edib və “Bakcell”də işəgötürmə prosesi, özlərinin əməkhaqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə və s. ilə bağlı sualları cavablandırıblar.

 

 

Müxtəlif sərgilər zamanı həyata keçirilən bu cür sorğuların nəticələri təhlil olunaraq Şirkətin işə qəbul prosesinin təkmilləşdirilməsi üçün istifadə olunur. 

     

Qeyd edək ki, “Təhsil” və “Karyera” sərgiləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.

 

“Bakcell” şirkəti Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirir. “Bakcell”in “Smart Start” adlı təcrübə bu proqramı bu yaxınlarda uğurla başa çatıb.      

 

# 506
avatar

Oxşar yazılar

Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

20 may 2024 , 13:20
Aliment ödəməyən şəxsi  hansı cəza   gözləyir?

Aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

20 may 2024 , 12:58
Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ  baş tutdu

Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ baş tutdu

20 may 2024 , 12:30
"Malakan bağı"  belə olacaq -  FOTOLENT

"Malakan bağı" belə olacaq - FOTOLENT

20 may 2024 , 12:27