(R) “Azercell” məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir
22 oktyabr 2014 15:55 (UTC +04:00)

(R) “Azercell” məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir

 

Ölkənin mobil rabitə bazarının lider  operatoru “Azercell Telekom” yarandığı gündən etibarən biznes etikanın və korporativ davranışın nümunəvi modelini nümayiş etdirib. Avropanın telekommunikasiya nəhəngi olan TeliaSonera qrupunu bir hissəsi olaraq, şirkət nümunəvi etik biznes davranışları modelini tətbiq edərək sektordakı liderliyini bir daha sübut etmiş olur. Sərmayədarları, sahibləri, müştəriləri, tərəfdaşları və əməkdaşları ilə birgə “Azercell” dayanıqlı və şəffaf biznes fəaliyyəti üzrə TeliaSonera-nın təşəbbüsünə qoşulub. “Azercell” tərəfindən atılan bu yenilikçi addım yanlışlıq və narahatlıqları aşkarlamaq üçün təhlükəsiz və maneəsiz bir üsul təqdim edərək bununla əməkdaşlar və tərəfdaşlar üçün daha sağlam iş şəraitini təmin etmək üçün araşdırmalara şərait yaradır.

 

TeliaSonera-nın qlobal səviyyədə təqdim etdiyi “Speak-Up Line” məlumatlandırma xətti artıq “Azercell”in rəsmi səhifəsi daxilində fəaliyyət göstərməkdədir ki, onun vasitəsilə də istənilən əməkdaş və yaxud şirkətlə əməkdaşlıq edən tərəfdaş biznes davranışında istənilən pozuntu halı ilə əlaqədar şikayətlərini 24/7 şəkildə çatdıra bilər. “Speak-Up Line” bildiriş vasitəsi şikayətlər, suallar və məlumat verənlərin anonim qalmasına imkan yaradır. Müraciət edən şəxs adını qeyd etməyə məcbur deyil və onun təqdim etdiyi məlumatın kim tərəfindən göndərilməsini müəyyənləşdirilmək mümkün deyil.

 

“Speak-Up Line” bildiriş xətti korrupsiya ilə mübarizə, tenderlər, yoxlamaların düzgün aparılmaması, şirkətin etik davranış qaydalarının pozulması, qanun və qaydalara uyğunluq, maraqların toqquşması, rüşvətxorluq, ayrı-seçkilik və cinsi təzyiq kimi istənilən şikayət üçün yaradılıb. Məlumatı təqdim edən şəxs unikal istifadəçi şifrəsi ilə təmin ediləcək. 7 gündən sonra, o, təqdim etdiyi məlumatla əlaqədar aparılan araşdırmaya uyğun göndərilən cavabı yoxlamalıdır.

TeliaSonera və ”Azercell”in idarə heyəti bütün işçilərdən və strateji tərəfdaşlardan qanun və etik davranış standartlarına, habelə daxili siyasət və prosedurlara uyğun olaraq etik davranışlarla əlaqədar narahatlıqları haqda məlumat vermələrini və bununla məsuliyyətli biznes fəaliyyətinə öz töhfələrini gətirmələrini gözləyir.

Beləliklə, TeliaSonera şirkətlər qrupunun təşəbbüsü ilə ”Azercell”in təqdim etdiyi yeni ”Speak-Up Line” məlumatlandırma vasitəsi ölkənin aparıcı mobil operatoru tərəfindən şəffaf etik biznes davranışının və ən yüksək etik standartlara riayət etmənin bariz nümunəsidir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
 

# 333
avatar

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32
Cavanşir körpüsü tarixə QOVUŞDU:  SƏBƏB - VİDEO

Cavanşir körpüsü tarixə QOVUŞDU: SƏBƏB - VİDEO

21 may 2024 , 14:21