Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti, abunəçilərin nəzərinə çatdırır ki, hər həftənin cümə axşamı günü Ulduzum istifadəçiləri “28 Cinema”dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq.
Pulsuz bileti almaq çox asandır. Ulduzum proqramının üzvləri “*” yazıb 5555-ə SMS yollamaqla 4 rəqəmli şifrə əldə edə edirlər (SMS-in qiyməti 3 qəpikdir). Hər həftənin cümə axşamı günü bilet alarkən “28 Cinema” kassirinə bu 4 rəqəmli şifrəni təqdim etdikdə Ulduzum üzvlərinə hər ikinci bilet avtomatik olaraq pulsuz təqdim olunacaq.
“28 CİNEMA” Azərbaycanın premium kinoteatrıdır. Kinoteatrda altı kino zalı vardır ki, bu da kinoteatrın repertuarını daha rəngarəng etməyə imkan verir. “28 CİNEMA” kinoteatrında ən yeni "Enhanced 4K" texnologiyasının istifadəsi ilə yeni nəsil Barco rəqəmsal proyektorları quraşdırılmışdır. Bu texnologiya ekranlarda ən yüksək səviyyəli dəqiq təsviri və təsvirin yüksək parlaqlığını təmin edir. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq, bu kinoteatrda yeni "Xpand 3D" sistemi təqdim edilmişdir.
Ulduzum proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.
Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində Ulduzum proqramına 500.000- dən çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.
Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.
www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.